​KXDR və Cənubi Koreya arasında razılıq əldə olunub

​KXDR və Cənubi Koreya arasında razılıq əldə olunub Danışıqların ikinci raundu başa çatıb
Digər ölkələr
24 Avqust , 2015 21:31
​KXDR və Cənubi Koreya arasında razılıq əldə olunub

Bakı. 24 Avqust. REPORT.AZ/ Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası arasında yaranan böhranlı vəziyyətin aradan qaldırılması məqsədi ilə sərhədyanı Pxanmundjomda aparılan danışıqların ikinci raundu başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər razılıq əldə etməyə nail olublar.

"Razılıq əldə olunub. Saziş avqustun 25-də açıqlanacaq", - deyə agentliyin məlumatında bildirilir.

Danışıqların birinci raundu şənbə günü keçirilib. O, 10 saat davam edib. İkinci raund bazar günü başlayıb və 34 saat uzanıb.

Son xəbərlər

Orphus sistemi