KXDR saatların əqrəbini Cənubi Koreya ilə bərabərləşdirəcək

KXDR saatların əqrəbini Cənubi Koreya ilə bərabərləşdirəcək Bakı. 30 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) parlamenti mayın 5-də Cənubi Koreya ilə eyni saat qurşağına keçmək barədə qərar qəbul edib.
Digər ölkələr
30 Aprel , 2018 04:31
KXDR saatların əqrəbini Cənubi Koreya ilə bərabərləşdirəcək

Bakı. 30 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) parlamenti mayın 5-də Cənubi Koreya ilə eyni saat qurşağına keçmək barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, bu barədə "Renxap" ÇTAK-a istinadən xəbər verib.

Bildirilir ki, KXDR lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşünün görüşünün yekunlarına dair bildirib ki, Pxenyan saatların əqrəbini 30 dəqiqə qabağa çəkəcək. Beləliklə, hər iki ölkə bir saat qurşağında yaşayacaq.

Kim Çen Inın sözlərinə görə, bu, milli barışıq və həmrəylik yolunda ilk əməli addımdır.

Daha əvvəl Şimali və Cənubi Koreya liderləri bu il Koreya müharibəsinə son qoymağı razılaşdırıblar. 

Son xəbərlər

Orphus sistemi