Bakı. 22 iyun. REPORT.AZ/ Şimali Koreya çərşənbə günü səhər saatlarında Vonsan şəhərinin şərq sahilindən iki orta mənzilli, ehtimala görə "Musudan" ballistik raketinin buraxılışını həyata keçirib.
"Report" xəbər verir ki, ikinci raketin buraxılışını Cənubi Koreya uğursuz kimi qiymətləndirib.
"Reuters" xəbər verir ki, ABŞ-ın strateji komandanlığı Yapon dənizində raketlərin düşməsini izləyib.
Agentlik qeyd edir ki, raketlərin buraxılışı Şimali Amerika üçün təhlükə kəsb etməyib.