KXDR nümayəndələri ABŞ-la danışıqlar üçün İsveçə yola düşüb

KXDR nümayəndələri ABŞ-la danışıqlar üçün İsveçə yola düşüb ABŞ-la işgüzar danışıqlar aparmaq üçün İsveçə gedən Şimali Koreyanın nümayəndə heyəti bu səhər Pekindəki Şoudu hava limanına enib.
Digər ölkələr
3 Oktyabr , 2019 12:37
KXDR nümayəndələri ABŞ-la danışıqlar üçün İsveçə yola düşüb

ABŞ-la işgüzar danışıqlar aparmaq üçün İsveçə gedən Şimali Koreyanın nümayəndə heyəti bu səhər Pekindəki Şoudu hava limanına enib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, nümayəndə heyətinə KXDR Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Kim Myon Qil rəhbərlik edir.

Pekinə gələnlər arasında Şimali Amerika departamentinin yenidən təyin olunmuş direktoru Çon Çhol Su da olub.

ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin də tezliklə danışıqlar yerinə gedəcəyi gözlənilir. Ehtimal ki, sabah ilk görüş keçiriləcək, oktyabrın 5-də isə işgüzar danışıqlar olacaq.

Görüşlər tamamlandıqdan sonra Şimali Koreya nümayəndə heyəti Moskvaya gedəcək və ardından oktyabrın 7-də Pekinə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi