KXDR-in paradda qitələrarası ballistik raket nümayiş etdirdiyi ehtimal olunur

KXDR-in paradda qitələrarası ballistik raket nümayiş etdirdiyi ehtimal olunur Parad dövlətin qurucusu Kim Ir Senin anadan olmasının 105-ci ildönümünə həsr edilib
Digər ölkələr
15 Aprel , 2017 08:47
KXDR-in paradda qitələrarası ballistik raket nümayiş etdirdiyi ehtimal olunur

Bakı. 15 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası bu gün paytaxt Pxenyanda keçirilən paradda qitələrarası ballistik raketlərini sınaqdan keçirə bilər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu ehtimal ilə Cənubi Koreya Silahlı Qüvvələri çıxış edib.

Bundan əvvəl KXDR paradda ilk dəfə olaraq sualtı qayıqlar üçün ballistik raketini (SQBR) təqdim edib. "Pukkıkson-2" SQBR raketləri hərbi paradda ölkə lideri Kim Çen Inın qarşısından keçməzdən öncə yerli televiziyanın kameralarına düşüb.

Parad Şimali Koreya dövlətinin yaradıcısı və ölkə liderinin babası Kim Ir Senin anadan olmasının 105-ci ildönümünə həsr olunub.

Son xəbərlər

Orphus sistemi