KXDR lideri kəşfiyyat rəisini istefaya göndərib

KXDR lideri kəşfiyyat rəisini istefaya göndərib Buna səbəb kəşfiyyat rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair şübhələrdir
Digər ölkələr
3 Fevral , 2017 08:24
KXDR lideri kəşfiyyat rəisini istefaya göndərib

Bakı. 3 fevral. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin kəşfiyyat idarəsinin rəisi Kim Von Xonu istefaya göndərib.

"Report"un məlumatına görə, bu barədə "Renxap" agentliyi mənbəyə istinadən xəbər verib.

Məlumata görə, buna səbəb kəşfiyyat rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair şübhələrdir. Qeyd olunur ki, Kim Von Xonun hərbi rütbəsi də aşağı salınıb. Onun həmçinin korrupsiya əməli də ifşa edilib.

Mənbə bildirib ki, keçmiş rəisin öz rütbəsini bərpa etməsi şansı azdır.

KXDR-in kəşfiyyat idarəsi məsələyə münasibət bildirməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi