​KXDR lideri hökumətin funksiyalarının genişləndirilməsi təklifilə çıxış edib

​KXDR lideri hökumətin funksiyalarının genişləndirilməsi təklifilə çıxış edib O, üç inqilabın reallaşmasında partiyanın baş xəttini həyata keçirməyin vaxtının çatdığını deyib
Digər ölkələr
8 May , 2016 05:42
​KXDR lideri hökumətin funksiyalarının genişləndirilməsi təklifilə çıxış edib

Bakı. 8 may. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Əmək partiyasının yeddinci qurultayında çıxış edərək, ölkə hökumətinin rolunun gücləndirilməsinə və onun funksiyalarının genişləndirilməsinə ehtiyacı yarandığını bildirib. 

"Report"un Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, Kim Çen In hökuməti gücləndirməyin, onun funksiyalarını artırmağın, eyni zamanda bu barədə ətraflı düşünərək üç - ideoloji, texniki və mədəni inqilabın dinamik reallaşmasında partiyanın baş xəttini həyata keçirməyin vaxtının çatdığını deyib.

Kim Çen In həmçinin "2016-2020-ci illər dövründə ölkənin iqtisadi inkişafının beşillik planının reallaşdırmasının əhəmiyyətini də vurğulayıb. Lakin bu planın detallarını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi