KXDR lideri Çinin dövlət başçısı ilə Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsini müzakirə edib

KXDR lideri Çinin dövlət başçısı ilə Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsini müzakirə edib Bakı. 8 may. REPORT.AZ/ Çin Xalq Respublikasının sədri Si Tszipin Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşüb.
Digər ölkələr
8 May , 2018 16:49
KXDR lideri Çinin dövlət başçısı ilə Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsini müzakirə edib
South China Morning Post
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Çin Xalq Respublikasının sədri Si Tszipin Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşüb.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, müzakirələr mayın 7-8-də Çinin Dalyan şəhərində baş tutub.

İki ölkə başçısının görüşü dostluq mühitində keçib. Onlar danışıqlar zamanı həmçinin Çin ilə KXDR arasındakı əlaqələr barədəd də fikir mübadiləsi aparıb.

Görüşdə KXDR lideri maraqlı tərəflərin düşmənçilik siyasəti və təhlükəsizliyə təhdidlərdən imtina edəcəkləri təqdirdə, Pxenyanın da nüvə silahına ehtiyacının qalmayacağını söyləyib.

O həmçinin ölkəsinin Koreya yarımadasının nüvə silahlarından təmizlənməsinin zəruriliyi ilə bağlı ardıcıl mövqeyə sadiq qaldığını bildirib.

Son xəbərlər

Orphus sistemi