KXDR-in təhsil nazirinin müavini edam olunub

KXDR-in təhsil nazirinin müavini edam olunub Edamın səbəbləri barədə məlumat verilmir
Digər ölkələr
31 Avqust , 2016 07:08
KXDR-in təhsil nazirinin müavini edam olunub

Bakı. 31 avqust. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) təhsil nazirinin müavini Kim En Ci bu yaxınlarda edam olunub.

"Report"un məlumatına görə, bu barədə "Renhap" agentliyi Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmisi Çon Çjun Hiyə istinadən xəbər yayıb.

Məlumata görə, o, "biz belə bir məlumat var", - deyə qeyd edib. Lakin Çon Çjun Hi hər hansı əlavə məlumat verməyib.

Çərşənbə axşamı Cənubi Koreyanın "Çunan ilbo" qəzeti KXDR-in daha iki yüksək vəzifəli məmurunun edamı barədə xəbər yayıb. Lakin bununla bağlı Şimali Koreya tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. 

Son xəbərlər

Orphus sistemi