Yuxarı

KXDR-in Böyük Britaniyadakı səfirinin müavini Cənubi Koreyaya qaçıb

Diplomat bu ölkədən sığınacaq istəmək niyyətindədir

Bakı. 17 avqust. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) Londondakı səfirinin müavini Tae Yon Ho Koreya Respublikasına qaçıb.

"Report" KİV-lərə istinadən xəbər verir ki, diplomat bu ölkədən sığınacaq istəmək niyyətindədir.

Tae Yon Ho Qərbin Pxenyanda insan hüquqlarının pozulması ilə əlaqədar ölkəsini ittiham etməsinə görə KXDR hökuməti tərəfindən böyük təzyiqlərə məruz qaldığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi