Yuxarı
    Bağlamaq

    KXDR ilk dəfə olaraq gecə raket sınağı həyata keçirib

    Raket 3 min metr yüksəkliyə çatıb, onun uçuşu 45 dəqiqə çəkib© Foto: Globallookpress/ kcnawatch. co

    Bakı. 28 iyul. REPORT.AZ/ Şimali Koreya ilk dəfə olaraq gecə saatlarında raket sınağı həyata keçirib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ballistik olduğu ehtimal edilən raketin sınağı, həmçinin ilk dəfə olaraq ucqar Çaqando əyalətində baş tutub.

    Yaponiyanın Müdafiə Nazirliyinin məlumatına görə, raket 3 min metr yüksəkliyə çatıb, onun uçuşu 45 dəqiqə çəkib. Ekspertlərin fikrincə, bu, qitələrarası ballistik raket olub. O, Hakkaydo adası yaxınlığında yerə düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi