Yuxarı

​KXDR iki ballistik raketini sınaqdan çıxarıb

Sınaq şimal əyaləti Xvanxedən Şərqi Çin dənizi istiqamətində həyata keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası dənizdə iki yaxın mənzilli ballistik raketini sınaqdan keçirib.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyaya istinadən "Yonhap News" nəşri məlumat yayıb.

Sınaq şimal əyaləti Xvanxedən Şərqi Çin dənizi istiqamətində həyata keçirilib.

Mənbənin sözlərinə görə, raket təqribən 500 km. məsafə qət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi