Bakı. 3 sentyabr. REPORT.AZ/ Şimali Koreya qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulan hidrogen döyüş başlığının uğurla sınaqdan keçirildiyini bəyan edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bəyanatı KXDR-in mərkəzi televiziyası yayımlayıb.
Bəyanatın yayımını Cənubi Koreyanın YTN və Yaponiyanın NHK telekanalı da həyata keçirib.