KXDR-da koronavirusa 18 mindən çox yoluxma qeydə alınıb

KXDR-da koronavirusa 18 mindən çox yoluxma qeydə alınıb Koreya Xalq Demokratik Respublikasında (KXDR) koronavirus (COVID-19) infeksiyasına 18 mindən çox yeni yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
13 May , 2022 02:10
KXDR-da koronavirusa 18 mindən çox yoluxma qeydə alınıb

Koreya Xalq Demokratik Respublikasında (KXDR) koronavirus (COVID-19) infeksiyasına 18 mindən çox yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, koronavirusa yoluxan 6 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mayın 8-də Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib. Hadisə ilə əlaqədar KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb.

Virusa yoluxmanın aşkarlandığı Keson şəhərində vəziyyətin müzakirəsi üçün keçirilən iclasda Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In da iştirak edib.

Son xəbərlər

Orphus sistemi