KXDR ballistik raket buraxıb

KXDR ballistik raket buraxıb Yaponiyanın baş nazirinin dəftərxanası yanında təcili qərargah hazırda bununla bağlı informasiyalar toplayır
Digər ölkələr
4 İyul , 2017 05:10
KXDR ballistik raket buraxıb
Vkrizis.ru

Bakı. 4 iyul. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) növbəti ballistik raket buraxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NHK telekanalı Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Xəbərdə KXDR tərəfindən buraxılan raketin Yapon dənizində Yaponiyanın xüsusi iqtisadi zonasına düşə bilməsi vurğulanır.

Yaponiyanın baş nazirinin dəftərxanası yanında təcili qərargah hazırda bununla bağlı informasiyalar toplayır. 

Son xəbərlər

Orphus sistemi