Küveytin baş nazir əvəzi yeni hökumət qurmaqdan imtina edib

Küveytin baş nazir əvəzi yeni hökumət qurmaqdan imtina edib Küveytin baş nazir vəzifələrini müvəqqəti icra edən şeyx Cabar əl-Mübarək əl-Həməd əs-Sabah əmirin yeni hökumət yaratmaq təklifinə imtina cavabı verib.
Digər ölkələr
18 Noyabr , 2019 16:31
Küveytin baş nazir əvəzi yeni hökumət qurmaqdan imtina edib

Küveytin baş nazir vəzifələrini müvəqqəti icra edən şeyx Cabar əl-Mübarək əl-Həməd əs-Sabah əmirin yeni hökumət yaratmaq təklifinə imtina cavabı verib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Noyabrın 14-də baş nazir vəzifəsindən istefa verən, ancaq əmirin qərarı əsasında Nazirlər Kabinetinin yeni rəhbəri seçilənə qədər baş nazir vəzifələrini müvəqqəti icra edəcək şeyx Cabar imtinasının səbəblərini açıqlamayıb. 

Küveyt KİV-nin məlumatına görə, Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabar əs-Sabah bir neçə saatdan sonra hökumətdəki mövcud vəziyyətlə əlaqədar xalqa müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi