Yuxarı

​Küveytdə tətil səbəbindən neft istehsalı kəskin azalıb

Müəssisə xüsusi sxem üzrə işləyir

Bakı. 17 aprel. REPORT.AZ/ Küveytin Milli Neft Şirkəti (KNPC) neft sahəsi işçilərinin tətil keçirməsi ilə əlaqədar olaraq yanacaq istehsalını kəskin azaltmaq məcburiyyətində qalıb, müəssisə xüsusi sxem üzrə işləyir.

"Report" xəbər verir ki, Küveytin neft və neft-kimya sahəsi işçilərinin ittifaqı aprelin 17-də müddətsiz ümumi tətilin başlandığını elan edib.

Hökumət ilə fikr ayrılığı neft sahəsi işçilərinin əmək haqları və sosial müavinətlərinin azaldılması planı səbəbindən yaranıb. İttifaqın məlumatına görə, tətilə minlərlə insan qoşulub.

"Vəziyyət şirkətin üç zavodunda stabildir. Hazırda müəssisə tətilə qədər olan 930 min barel ilə müqayisədə gündə 520 min barel verir", — deyə KNPC rəhbəri Məhəmməd Qazi əl-Mutayri bildirib.

Bundan əvvəl şirkət nümayəndəsi Vafaa əz-Zoabi bəyan edib ki, sahənin mümkün zərəri gündə 40 milyon dollara qədər təşkil edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi