Küveytdə baş verən partlayışda 19 nəfər ölüb, 50 nəfər yaralanıb - YENİLƏNİB

Küveytdə baş verən partlayışda 19 nəfər ölüb, 50 nəfər yaralanıb - YENİLƏNİB Terrorun məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
26 İyun , 2015 17:18
Küveytdə baş verən partlayışda 19 nəfər ölüb, 50 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün Küveytdəki İmam Sadiq məscidində cümə namazı zamanı intiharçının özünü partlatması nəticəsində 19 nəfər ölüb, 50 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Küveyt valisi Sabir əl -Muhenna mətbuata bildirib ki, Savabir rayonunda yerləşən İmam Sadiq məscidində intiharçı üzərindəki bombanı partladıb.
"Yaralılardan bəzilərinin vəziyyəti ağırdır", - o bildirib.

Terrorun məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

*** 16:10

Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün Küveytdə məsciddə cümə namazı zamanı partlayış baş verib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Hadisə nəticəsində ölənlər var. Ölənlərin sayı açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi