Yuxarı
    Bağlamaq

    Küveyt Qətərlə körfəz dövlətləri arasında böhranın həllinə vasitəçilik edir

    Məhəmməd ət-Tani: “Xalqımız öz iradəsini Qətərə sırımağa və daxili işlərimizə qarışmağa cəhd göstərənlərə qarşı da çıxış edir”

    Bakı. 6 iyun. REPORT.AZ/ Küveyt hakimiyyəti Qətərlə körfəzdəki ərəb dövlətləri arasında diplomatik böhranın tənzimlənməsinə cəhd üçün beynəlxaq vasitəçi rolunda çıxış edir.

    “Report” “Al-Jazeera”ya istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd ət-Tani bildirib.

    Onun sözlərinə görə, Küveyt əmiri Əl-Əhməd əs-Sabahla telefon danışığında Qətərin əmiri Tamim bin-Xamad ət-Tanini mövcud vəziyyətlə bağlı bəyanatlar verməyi təxirə salmağa çağırıb.

    Nazir daha sonra deyib: “Xalqımız öz iradəsini Qətərə sırımağa və daxili işlərimizə qarışmağa cəhd göstərənlərə qarşı da çıxış edir”.

    Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən, Liviya, Maldiv, Mavriki Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edərək onunla diplomatik münasibəti kəsiblər.

    Xatırladaq ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

    Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi