Küveyt hökuməti parlamentə etiraz olaraq istefa verib

Küveyt hökuməti parlamentə etiraz olaraq istefa verib Küveytin baş naziri Sabah əl-Xaled əs-Sabah yanvarın 13-də hökumətin istefası ilə bağlı müraciəti əmirə təqdim edib.
Digər ölkələr
13 Yanvar , 2021 13:30
Küveyt hökuməti parlamentə etiraz olaraq istefa verib

Küveytin baş naziri Sabah əl-Xaled əs-Sabah yanvarın 13-də hökumətin istefası ilə bağlı müraciəti əmirə təqdim edib.

“Report” xəbər verir ki, məlumatı Küveytin KUNA informasiya agentliyi yayıb.

Bildirilib ki, Küveytin əmiri Navaf əl-Əhməd əl-Caber əs-Sabah yanvarın 13-də hökumətlə birlikdə baş nazirin istefasını qəbul edib.

Məlumata görə, istefaya səbəb Nazirlər Kabineti ilə parlament arasındakı fikir ayrılığı göstərilir.

Qeyd edək ki, Sabah Xaled əl-Xamadın başçılığı ilə Küveytin yeni hökuməti 2020-ci il dekabrın 14-də ölkədə keçirilən parlament seçkilərindən sonra formalaşdırılır.

Son xəbərlər

Orphus sistemi