Küveyt hərbi xidmət yaşını 28-dən 30-a qaldırıb

Küveyt hərbi xidmət yaşını 28-dən 30-a qaldırıb Küveyt hərbi xidmət üçün yaş həddi iki il artırılaraq 28-dən 30-a qaldırılıb.
Digər ölkələr
31 İyul , 2022 21:11
Küveyt hərbi xidmət yaşını 28-dən 30-a qaldırıb

Küveytdə hərbi xidmət üçün yaş həddi iki il artırılaraq 28-dən 30-a qaldırılıb.

“Report” “Gulf News”a istinadən xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Müvafiq əmri Küveytin Baş nazirinin müavini, müdafiə naziri və daxili işlər nazirinin səlahiyyətlərini icra edən Şeyx Talal Xalid əl-Əhməd əl-Sabah verib.

Nazir bildirib ki, bu qərar Küveyt xalqının əksəriyyətinin öz ölkəsinə xidmət etməsinə imkan vermək, eləcə də bütün hərbi və təhlükəsizlik qüvvələrinə qəbul şərtlərində bərabərliyə nail olmaq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi