Küveyt əmiri əməliyyat edilib

Küveyt əmiri əməliyyat edilib Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah cərrahi əməliyyat olunub.
Digər ölkələr
19 İyul , 2020 13:44
Küveyt əmiri əməliyyat edilib

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah cərrahi əməliyyat olunub.

“Report” xəbər verir ki, bu barədə dəftərxana işləri üzrə nazir, əmir Əli Carraha əs-Sabahın bəyanatına istinadən Küveytin KUNA agentliyi bildirib.

Məlumata görə, əməliyyat uğurla başa çatıb.

Nazirin sözlərinə görə, əmir bazar günü səhər əməliyyat edilib.

Daha əvvəl Küveyt əmirinin dəftərxanası bildirib ki, dövlət başçısı tibbi müayinələr üçün xəstəxanaya yerləşdirilib. Dövlət əmirinin vəzifəsini müvəqqəti olaraq onun kiçik qardaşı və varis şahzadə Navaf əl-Əhməd əl- Caber əs-Sabah icra edəcək.

Qeyd edək ki, Küveyt Dövlətinin Əmiri bir müddət əvvəl də tibbi müayinə üçün ABŞ-da xəstəxanaya yerləşdirilmişdi. 

Son xəbərlər

Orphus sistemi