​Küveyt ABŞ-dan 3 milyard dollarlıq döyüş təyyarələri alacaq

​Küveyt ABŞ-dan 3 milyard dollarlıq döyüş təyyarələri alacaq Müqavilənin icrası 2019-cu ildə başa çatacaq
Digər ölkələr
8 May , 2015 12:18
​Küveyt ABŞ-dan 3 milyard dollarlıq döyüş təyyarələri alacaq

Bakı. 8 may. REPORT.AZ/ Küveyt Əmirliyi ABŞ-ın "Boeing" aerokosmik şirkətidən "F/A-18E/F Super Hornet" tipli döyüş təyyarələri almaq üçün 3 milyard dollarlıq müqavilə imzalayıb. "Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Sövdələşməyə əsasən Küveytə 40 döyüş təyyarəsi satılacaq. Xəbərə görə, əmirlik əlavə olaraq, 28 köhnə modelli "F/A-18" təyyarəsi də alacaq. Müqavilənin icrası 2019-cu ildə başa çatacaq.

Küveytin ABŞ-dan daha müasir qırıcılar alması istiqamətində danışıqlar da davam etdirilir.

Xatırladaq ki, bu günlərdə Qətər Fransa ilə "Rafale" qırıcılarının alınması haqda 6,3 milyard dollarlıq müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi