"İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin Türkiyə parlamentində ratifikasiya prosesi hələ də davam edir".
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
O, səsvermənin nə vaxt keçirilə biləcəyini açıqlamayıb.
“Ratifikasiya protokolu oktyabr ayında parlamentə daxil olub, beynəlxalq əlaqələr komissiyası tərəfindən qiymətləndiriləcək və daha sonra parlamentdə səsverməyə çıxarılacaq. Proses davam edir”, - sədr bildirib.
Eyni zamanda, N.Kurtulmuş əlavə edib ki, Ankara İsveçdən müvafiq sazişlərdə nəzərdə tutulan terrorizmlə mübarizə sahəsində öz öhdəliklərini yerinə yetirməsini gözləyir: "Türkiyə sözünü verdi və tutacaq. Amma tərəfdaşlarından da oxşar addımlar gözləyir".