"Ukrayna ölkədə törədilən bütün hərbi cinayətlərdə əli olanları məsuliyyətə cəlb edəcək".
“Report” xəbər verir ki, bu, ölkənin xarici işlər naziri Dmitro Kulebanın Kramatorsk dəmiryolu vağzalının raket atəşinə tutulması ilə bağlı tviter səhifəsindən etdiyi paylaşımda deyilir.
“Kramatorsk şəhərindəki dəmiryolu vağzalının təxliyə gözləyən mülki sakinlərlə dolu olduğunu ruslar bilirdi. Buna baxmayaraq, onlar vağzalı ballistik raketlə vuraraq azı 30 nəfəri öldürüb, 100 nəfəri də yaralayıblar. Bu, qəsdən törədilmiş qətliamdır. Biz hərbi cinayətkarların hər birini məsuliyyətə cəlb edəcəyik”.