Aleksey ​Kudrin: "Rusiyada iqtisadi böhran uzun çəkəcək"

Aleksey ​Kudrin: "Rusiyada iqtisadi böhran uzun çəkəcək" Sabiq maliyyə naziri: "Bu əsl böhrandır və uzun müddət davam edəcək"
Digər ölkələr
29 Dekabr , 2014 15:17
Aleksey ​Kudrin: Rusiyada iqtisadi böhran uzun çəkəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiyanı bürüyən iqtisadi böhran digərlərindən öz kəskinliyi və müddətinə görə fərqlənəcək. "Report" xəbər verir ki. bunu RBK-ya müsahibəsində Rusiyanın sabiq maliyyə naziri, Mülki Təşəbbüslər Komitəsinin rəhbəri Aleksey Kudrin bildirib. 

"Əgər hökumət səhvlərinə davam edərsə və iqtisadiyyatda islahatlar aparmazsa, bizi yaxın üç-dörd il ərzində mənfi inkişaf templəri gözləyir. Mənim optimist variantda 2%-ə qədər, pessimist variantlarda isə 4%-ə qədər etdiyim proqnozlarım artıq həm Mərkəzi Bank, həm də İqtisadiyyat Nazirliyinin rəsmi proqnozları ilə təsdiq edilib", - o qeyd edib. 

Sabiq nazir deyib ki bu, əsl böhrandır və uzun müddət davam edəcək: "İki il balaca müddət deyil. Daha sonra ehtimal ki, durğunluq davam edəcək". Resessiyanın nə qədər davam etməsi Rusiyanın "sanksiyaların zəifləməsi" barəsində razılığa gəlib-gəlməməsi və öz iqtisadiyyatını islah edə bilməsindən asılıdır". 

Son xəbərlər

Orphus sistemi