Kubanın daxili işlər naziri vəfat edib

Kubanın daxili işlər naziri vəfat edib Karlos Fernandes Qondin 78 yaşında dünyasını dəyişib.
Digər ölkələr
8 Yanvar , 2017 06:26
Kubanın daxili işlər naziri vəfat edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Kubanın daxili işlər naziri, diviziya generalı Karlos Fernandes Qondin Havanada 78 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Mundo" nəşri respublika Nazirlər Şurasının rəsmi notasına istinadən bildirib.

Məlumata görə, nazirin ölüm səbəbi xroniki xəstəliyin ağırlaşması olub. Karlos Fernandes Qondin 1938-ci ilin 1 iyulunda Santyaqo-de Kuba şəhərində dünyaya gəlib. O, Kubanın İnqilabçı Silahlı Qüvvələrinin Əks-Kəşfiyyatının idarə rəisi, habelə digər vəzifələrdə çalışıb.

2015-ci ildə general Abelardo Kolomenin istefasından sonra onu daxili işlər naziri vəzifəsində Karlos Fernandes Qondin əvəz edib.

Son xəbərlər

Orphus sistemi