Kubadan ABŞ-a son 50 ildə ilk dəfə qanuni yük gəmisi gəlib

Kubadan ABŞ-a son 50 ildə ilk dəfə qanuni yük gəmisi gəlib Kuba gəmisi Birləşmiş Ştatlara ağac kömürü gətirib
Digər ölkələr
25 Yanvar , 2017 07:54
Kubadan ABŞ-a son 50 ildə ilk dəfə qanuni yük gəmisi gəlib

Bakı. 25 yanvar. REPORT.AZ/ Çərşənbə axşamı Kubadan son 50 il ərzində ilk dəfə olaraq qanuni yük gəmisi Amerikanın Florida ştatının Fort-Loderdeyl şəhərində Everqleyds limanına yan alıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, gəmi Birləşmiş Ştatlara adada özəl işçi birlikləri tərəfindən kustar üsulla hasil edilmiş ağac kömürü ilə dolu iki konteyner gətirib.

Bu tədarüklər, adaya qarşı ticarət embarqosunun olmasına baxmayaraq, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın Maliyyə və Ticarət nzirlikləri tərəfindən həyata keçirilmiş bir sıra tədbirlər sayəsində mümkün olub.

Son xəbərlər

Orphus sistemi