Bakı. 16 fevral. REPORT.AZ/ Kubada sərnişin avtobusu aşıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin xəbərlər agentliyi bildirib.
Məlumata görə, hadisə Syeqo-de-Avila vilayətindəki əsas magistrallardan birində baş verib. Qəza zamanı 40 nəfər xəsarət alıb.
İlkin məlumata görə, sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və nəticədə avtobus küvetə (şose yolu boyunca gedən xəndək - red) çıxaraq aşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə şəraiti və səbəbi müəyyənləşdirilir.