Kubada qasırğa nəticəsində ölən və yaralananlar var - FOTO

Kubada qasırğa nəticəsində ölən və yaralananlar var - FOTO Bakı. 28 yanvar. REPORT.AZ/ Havana üzərindən keçən tornado nəticəsində 3 nəfər ölüb, 170-dən çox xəsarət alan var.
Digər ölkələr
2175
28 Yanvar , 2019 13:14
Kubada qasırğa nəticəsində ölən və yaralananlar var - FOTO

Bakı. 28 yanvar. REPORT.AZ/ Havana üzərindən keçən tornado nəticəsində 3 nəfər ölüb, 170-dən çox xəsarət alan var.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa nəticəsində Kuba paytaxtında bir çox binalara ziyan dəyib, şəhərin elektrik təchizatında fasilələr yaranıb. Ölkənin sahil bölgələrində isə leysan yağışları üzündən daşqınlar baş verir.

Kuba Prezidenti Miquel Dias Kanel Bermudes “Twitter”dəki səhifəsində təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü, 172 nəfərin xəsarət aldığını yazıb.

Son xəbərlər

Orphus sistemi