Kubada nümayişlər zamanı 42 müxalifətçi saxlanılıb

Kubada nümayişlər zamanı 42 müxalifətçi saxlanılıb Nümayişçilər ölkə müxalifətçilərinin həbsxanalardan azad olunmasını tələb edirdilər
Digər ölkələr
19 Dekabr , 2016 08:15
Kubada nümayişlər zamanı 42 müxalifətçi saxlanılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Kuba polisi ölkənin bir neçə şəhərində müxalifət qüvvələrinin keçirdiyi aksiyaları dağıdıb.

"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayılıb. Məlumata görə, polis tərəfindən azı 42 müxalifətçi saxlanılıb.

Kubada qadağan edilmiş UNPACU (Kubanın Vətənpərvərlik İttifaqı) təşkilatının liderlərindən biri Xose Daniel Ferrer agentliyə bildirib ki, müxalifət nümayəndələri paytaxt Havanada, Sentyaqo-de-Kubada və Palma-Soriano keçirilən nümayişlərin gedişatında saxlanılıb.

Nümayişçilər ölkə müxalifətçilərinin həbsxanalardan azad olunmasını tələb edirdilər. Agentlik isə qeyd edir ki, Kuba hakimiyyəti ölkədə siyasi məhbusların olduğunu inkar edir.

Son xəbərlər

Orphus sistemi