Bakı. 19 may. REPORT.AZ/ Kubanın Dövlət Şurası Havana üzərində sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar ölkədə matəm elan edib.
"Report" xəbər verir ki, bu barədə "Granma" qəzeti məlumat yayıb.
Qərar mayın 19-da, yerli vaxtla 06:00-dan mayın 20-i, saat 12:00-dək qüvvədə olacaq. Matəmlə əlaqədar dövlət orqanlarının binaları üzərində bayraqlar endiriləcək. Cümə günü Kubada göyərtəsində 110 nəfərin olduğu "Boeing" sərnişin təyyarəsi qəzaya uğrayıb.