Kubada baş vermiş təyyarə qəzasında 8 nəfər həlak olub - YENİLƏNİB

Kubada baş vermiş təyyarə qəzasında 8 nəfər həlak olub - YENİLƏNİB Kubanın Silahlı Qüvvələri təyyarə qəzasında hərbçilərin həlak olduğunu bildirib
Digər ölkələr
30 Aprel , 2017 00:08
Kubada baş vermiş təyyarə qəzasında 8 nəfər həlak olub - YENİLƏNİB

Bakı. 29 aprel. REPORT.AZ/ Kubada radarlardan itmiş An-26 təyyarəsinin qəzaya uğradığı məlum olub.

"Report" xəbər verir ki, bu barədə "Ciber Cuba" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib.

"Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər" – deyə portal bildirib.

NTN24 telekanalı isə təyyarə qəzasından heç kimin sağ çıxmadığını xəbər verib. Telekanal bildirib ki, qəza zamanı sərnişinlər də, ekipaj üzvlərinin də hamısı həlak olub. 

Kubanın Silahlı Qüvvələri təyyarə qəzasında 8 hərbçinin həlak olduğunu bildirib. "Reuters"in məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir. Qeyd olunur ki, qəza zamanı ekipaj üzvləri də daxil olmaqla 8 nəfər ölüb. 

Hadisənin başvermə səbəblərinin araşdırılması ilə xüsusi komissiya məşğul olur.

***

Kubada An-26 təyyarəsi radardan itib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 39 nəfər olub.

Məlumata görə, təyyarə "Aerogaviota" aviaşirkətinə məxsusdur. O, Barakoa hava limanından səmaya qalxıb və ölkənin şərqinə uçurmuş.

Hələlik sərnişinlərin və ekipaj üzvlərinin taleyi barədə hər hansı məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi