Kubada fişənglərin partlaması nəticəsində 39 nəfər yanıq xəsarəti alıb

Kubada fişənglərin partlaması nəticəsində 39 nəfər yanıq xəsarəti alıb 8 nəfər ağır vəziyyətdədir
Digər ölkələr
26 Dekabr , 2017 08:08
Kubada fişənglərin partlaması nəticəsində 39 nəfər yanıq xəsarəti alıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Kubanın Remedios şəhərində keçirilən festival zamanı fişənglərin partlaması nəticəsində 39 nəfər yanıq xəsarəti alıb.

“Report” xəbər verir ki, bu barədə yerli televiziyaya istinadən TASS məlumat yayıb.

Hadisə dekabrın 25-nə keçən gecə, şəhərin mərkəzi parkı ərazisində baş verib. İlkin məlumatlara görə, partlayış fişəng kisəsinə düşən qığılcım nəticəsində qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların arasında 11-15 yaş aralığında uşaqlar da var. 8 nəfər ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi