Kubada baş verən yol qəzasında 40 nəfər xəsarət alıb

Kubada baş verən yol qəzasında 40 nəfər xəsarət alıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Kubada onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Digər ölkələr
24 Sentyabr , 2018 07:24
Kubada baş verən yol qəzasında 40 nəfər xəsarət alıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Kubada onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli “Kubadebate” internet portalı məlumat yayıb. 

Məlumata görə, hadisə ölkənin qərbindəki Pinar-del-Rio vilayətində qeydə alınıb. Sərnişinləri daşıyan yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 40 nəfər xəsarət alıb. Onlardan 11-i uşaqlardır.

Yaralılar xəstəxanaya yerləşirilib. Həkimlər onların həyatı üçün təhlükənin olmadığını bildiriblər.  

Son xəbərlər

Orphus sistemi