Kubada 1200 turist qasırğa ilə əlaqədar ölkənin şərqinə təxliyə olunub

Kubada 1200 turist qasırğa ilə əlaqədar ölkənin şərqinə təxliyə olunub Əcnəbilər Hardines-del-Rey arxipelaqındakı otellərə yerləşdiriliblər
Digər ölkələr
4 Oktyabr , 2016 06:47
Kubada 1200 turist qasırğa ilə əlaqədar ölkənin şərqinə təxliyə olunub

Bakı. 4 oktyabr. REPORT.AZ/ Kubada 1,2 min turist "Metyu" qasırğasl ilə əlaqədar ölkənin şərqinə təxliyə edilib.

"Report"un məlumatına görə, bu barədə "Prensa Latina" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, əcnəbi turistlər Hardines-del-Rey arxipelaqındakı otellərə yerləşdiriliblər. Həmin əraziyə turistlərin yeni qrupunun gəlişi gözlənilir.

Hardines-del-Reydə 17 otel yerləşir və ərazi 7,5 min nəfəri qəbul etməyə qadirdir.

Qasırğa saatda 9,7 kilometr sürətlə ölkənin şimalına doğru hərəkət edir. Əgər bu parametrlər saxlanılsa, təbii fəlakət bu gün ölkənin sərhədlərinə çatacaq.

Son xəbərlər

Orphus sistemi