Kuba XİN: ABŞ ilə münasibətlərin normallaşması sanksiya siyasətinin ləğv edilməsindən sonra mümkündür

Kuba XİN: ABŞ ilə münasibətlərin normallaşması sanksiya siyasətinin ləğv edilməsindən sonra mümkündür Nazirlikdən suveren dövlətlər arasında ciddi fikir mübadiləsinə başlamağa hazır olduqlarını bildiriblər
Digər ölkələr
21 Yanvar , 2015 10:00
Kuba XİN: ABŞ ilə münasibətlərin normallaşması sanksiya siyasətinin ləğv edilməsindən sonra mümkündür

Bakı. 21 yanvar. REPORT.AZ/ Kuba və ABŞ arasında münasibətlərin normallaşması yalnız Birləşmiş Ştatların birtərəfli sanksiya siyasətinin ləğv edilməsindən sonra mümkün ola bilər. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə iki dövlətin nümayəndə heyətlərinin Havanada danışıqlarından öncə Kuba Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"İkitərəfli əlaqələrin normallaşması Kuba xalqına xeyli maddi və humanitar ziyan vuran  birtərəfli sanksiya siyasətinin ləğv edilməsindən sonra mümkündür", - XİN bəyanatında qeyd olunub. 

Nazirlikdən "daxili işlərə qarışmamaq və iki milklətin milli suverenliyinə hörmət prinsiplərinə lazımi dərəcədə riayət etməklə", suveren dövlətlər arasında ciddi fikir mübadiləsinə başlamağa hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi