Kuba və Meksika Maduronu Venesuela prezidenti hesab edir

Kuba və Meksika Maduronu Venesuela prezidenti hesab edir Bakı. 24 yanvar. REPORT.AZ/ Meksikanın Xarici İşlər Nazirliyi (XİN) müxalifət liderinin özünü prezident vəzifələrinin icraçısı elan etməsindən sonra Nikolas Maduroya qarşı siyasətini dəyişmək üçün bir əsas görmədiklərini bəyan edib.
Digər ölkələr
24 Yanvar , 2019 06:06
Kuba və Meksika Maduronu Venesuela prezidenti hesab edir
Nikolas Maduro

Bakı. 24 yanvar. REPORT.AZ/ Meksikanın Xarici İşlər Nazirliyi (XİN) müxalifət liderinin özünü prezident vəzifələrinin icraçısı elan etməsindən sonra Nikolas Maduroya qarşı siyasətini dəyişmək üçün bir əsas görmədiklərini bəyan edib.

“Report” xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Roberto Velasko deyib.

"Meksika hökuməti Nikolas Maduronu əvvəlki kimi Venesuelanın prezidenti olaraq tanıyır. Buna görə də federal rəhbərlik Cənubi Amerika ölkəsində vəziyyətə müdaxilə etməmə siyasətində dəyişiklikləri nəzərdə tutmur", - deyə o bildirib.

Kubanın xarici siyasət idarəsi də Venesuela prezidenti Nikolas Maduronu dəstəkləyib.

Ölkənin xarici işlər naziri Bruno Rodriqes ölkəsinin Venesuelanın qanuni prezidenti Nikolas Maduronu tam dəstəklədiyini bildirib:

"Kubanın qanuni prezident Nikolas Maduroya, dövlət çevrilişinə cəhd fonunda tam dəstək və həmrəyliyini ifadə edirik. Venesuela xalqının suveren iradəsi imperialist müdaxilələr üzərində qalib gələcək. Tarix sui-qəsdi təşviq edən və tanıyanları qınayacaq".

Son xəbərlər

Orphus sistemi