​Kuba rəhbəri Raul Kastro 2018-ci ildə istefa verəcəyini bildirib

​Kuba rəhbəri Raul Kastro 2018-ci ildə istefa verəcəyini bildirib Kastro əks halda kubalıların ondan bezəcəklərini deyib
Digər ölkələr
7 Noyabr , 2015 08:53
​Kuba rəhbəri Raul Kastro 2018-ci ildə istefa verəcəyini bildirib

Bakı. 7 noyabr. REPORT.AZ/ Ötən gün Kuba rəhbəri Raul Kastro 24 fevral 2018-ci il tarixində istefa vermək barədə öz qəti niyyətini bəyan edib.

"Report" xəbər verir ki, o, bu yola getməyəcəyi təqdirdə kubalıların ondan bezəcəklərini bildirib.

"Mən bu vəzifədə qalıb ulu baba olmaq istəmirəm, çünki əks halda kubalılar məndən bezəcəklər. Mən partiyamızın son iclasında və ilk dəfə beş il müddətinə vəzifəmin icrasına başlayanda bildirmişəm ki, 24 fevral 2018-ci il tarixində işimi bitirib istefaya gedəcəyəm", — deyə Kastro qeyd edib.

Raul Kastro (84 yaş) 2008-ci ildə Kuba rəhbəri olub. O bunadək böyük qardaşı Fidel Kastronun istefasından sonra iki il Kuba Dövlət Şurası rəhbərinin vəzifələrini icra edib. 2013-cü ildə yenidən Kuba rəhbəri seçildikdən sonra Raul Kastro bəyan edib ki, 2018-ci il seçkilərində namizədliyini irəli sürməyəcək.

Son xəbərlər

Orphus sistemi