Kuba prezidenti Vatikana səfər edib

Kuba prezidenti Vatikana səfər edib Roma papası Kastronu “Müqəddəs Martin” medalı ilə təltif edib
Digər ölkələr
10 May , 2015 23:05
Kuba prezidenti Vatikana səfər edib

Bakı. 10 May. REPORT.AZ/ Kuba prezidenti Vatikana səfər edib. Raul Kastro Roma papası Fransiskə ABŞ-la Kuba arasında diplomatik əlaqələrin bərpası səylərinə görə təşəkkürünü bildirib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Kuba lideri Argentinada doğulmuş Roma papası ilə bir saata qədər ispan dilində görüş keçirib. O, Fransiski müdrik və təvazökar insan adlandırıb.

Roma katoliklərinin lideri Fransisk Vaşinqtonla Havana arasında keçirilən məxfi müzakirələdə mühüm rol oynayıb.

Ölkələr arasında əlaqələrin bərpası barədə rəsmən Vaşinqton dekabr ayında bəyanat verib.

Roma papası Kastronu “Müqəddəs Martin” medalı ilə təltif edib.

Kuba prezidenti isə Fransiskin Kubaya səfəri zamanı onun təşkil edəcəyi bütün mərasimlərdə iştirak edəcəyinə vəd verib.

Raul Kastro Vatikana İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümü münasibəti ilə şərəfli qonaq kimi səfər edtiyi Moskvadan gedib.

Son xəbərlər

Orphus sistemi