Kuba: ABŞ-la münasibətlərin normallaşması uzunmüddətli bir prosesdir

Kuba: ABŞ-la münasibətlərin normallaşması uzunmüddətli bir prosesdir Иunu Portuqaliyada səfərdə olan Kubanın XİN başçısının müavini Marselino Medina deyib
Digər ölkələr
19 May , 2015 05:12
Kuba: ABŞ-la münasibətlərin normallaşması uzunmüddətli bir prosesdir

Bakı. 19 May. REPORT.AZ/ ABŞ-la Kuba arasında münasibətlərin tam normallaşması üçün uzun müddət tələb olunur. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Portuqaliyada səfərdə olan Kubanın XİN başçısının müavini Marselino Medina deyib.

Onun sözlərinə görə, Kuiba rəhbərliyi ilə ABŞ rəsmiləri arasında hazırda aparılan danışıqrlar - hələ ilkin mərthələdir.

"Hazırda əsas hədəf diplomatik münasibətlərin bərpasıdır. Beləliklə səfirliklər də fəaliyyətə başlaya biləcək", - deyən M.Medina, Kuba ərazisində yerləşən Guantanamo hərbi bazasının da ləğv edilməsini tələb edib.

"Biz, blokada şəraitində yaşayan bir dövlətik. ABŞ ordusu əzəli Kuba torpağı olan Guantanamodan da çıxarılmalıdır", - deyə dplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi