​Kuba ABŞ konqresmenlərinə viza verməkdən imtina edib

​Kuba ABŞ konqresmenlərinə viza verməkdən imtina edib Onlar yerli aeroportların necə mühafizə olunduğunu yoxlamaq istəyiblər
Digər ölkələr
25 İyun , 2016 07:30
​Kuba ABŞ konqresmenlərinə viza verməkdən imtina edib

Bakı. 25 iyun. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatasının Milli təhlükəsizlik komitəsinin üzvlərindən ibarət qrup yerli hava limanlarının necə mühafizə olunduğunu yoxlamaq üçün Kubaya gedə bilməyib. Çünki ada dövlətinin hakimiyyəti amerikalı qanunvericilərə viza verməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə komitə nümayəndəsi, Texas ştatından olan respublikaçı Maykl Makkol məlumat verib.

"Onlar daima "gəlin Kubanı hamı üçün kəşf edək" deyə-deyə Təhlükəsizlik komitəsi sədrinin viza almaq üçün ünvanladığı ərizəni sadəcə rədd ediblər", - deyə o bildirib.

ABŞ və Kuba 2015-ci ilin yayında 1961-ci ildə pozulan diplomatik münasibətləri bərpa ediblər. İki ölkə hökuməti müntəzəm aviaəlaqənin bərpasına dair razılıq əldə edib, bu ayın əvvəlində isə Amerikanın Nəqliyyat Nazirliyi adaya uça biləcək şirkətləri müəyyən edib.

Son xəbərlər

Orphus sistemi