​Krımda Britaniyaya məxsus iki səyahət gəmisi nəzərə çarpıb

​Krımda Britaniyaya məxsus iki səyahət gəmisi nəzərə çarpıb Həftə ərzində ümumilikdə yarımadaya 44 gəmi yan alıb
Digər ölkələr
8 Noyabr , 2015 08:05
​Krımda Britaniyaya məxsus iki səyahət gəmisi nəzərə çarpıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin 1-7 noyabr tarixlərində Rusiyaya birləşdirilən Krım yarımadasına 44 xarici gəmi yan alıb ki, bunlardan da ikisi Böyük Britaniya bayrağı altında üzüb. Digər gəmilərin üzərində Rusiya bayrağı dalğalanıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Hidroqrafiya Xidmətinə istinadən “Levıy bereq” nəşri məlumat yayıb.

Belə ki, Britaniya bayrağı alında üzən “Princess of Crimea” adlı birinci səyahət gəmisi Sevastopol dəniz ticarət limanına noyabrın 1-də daxil olub və bu günə qədər orada qalmaqdadır.

İkinci səyahət gəmisi “Everest” Sevastopol limanına noyabrın 1-də daxil olub və çıxış edib.

Məlumata görə, Ukraynanın baş naziri Arseni Yatsenyuk ölkənin İnfrastruktur Nazirliyinə Rusiyaya birləşdirilən Krımdan sonra Ukrayna sularına daxil olan gəmiləri izləmək və cərimə etmək tapşırığı verib. Bundan əlavə, Ukrayna Xarici İşlər Nazirliyi Krıma daxil olan gəmilərdə bayraqları qeydə alınan ölkələrə nota verir.

Son xəbərlər

Orphus sistemi