Yuxarı

​Krım-Tatar Məclisi sədrinin müavinin evində axtarış aparılıb

Əhməd Çiygöz kütləvi iğtişaşın təşkili maddəsi ilə tutulub

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Krım-Tatar Məclisi sədrinin müavini Əhməd Çiygözün yaşadığı mənzildə axtarış aparılıb.

"Report" "Krım.Realii"yə istinadən xəbər verir ki, o, "kütləvi iğtişaşların təşkili"ndə ittiham olunaraq həbs edilib.

Ə.Çiygözün yaşadığı binanın qarşısına onlarla adam toplaşıb. Ancaq onlardan heç biri mənzilə buraxılmayıb. Axtarış prosesinə yalnız xanımına müşahidə etməyə icazə verilib.

Baxçasaray rayonunun keçmiş başçısı İlmi Ömərov jurnalistlərə bildirb ki, səhər saatlarında Rusiya İstintaq Komitəsi, Federal Təhlükəsizlik Xidməti və prokurorluğun silahlı təmsilçiləri Ə.Çiygözün evinə gedib. Onun sözlərinə görə, onlar özlərinin çox kobud aparıb.

Xatırladaq ki, məclis sədrinin müavini 2014-cü il fevralın 26-dakı hadisələrə görə ittiham edilir. Həmin tarixdə Krım-Tatar Muxtar Respublikası Məclisinin binası qarşısında Krımın Ukraynanın tərkibində qalması tələbi və "Avromaydan"a dəstəklə bağlı mitinq keçirilib. Bu aksiyada o da iştirak edib.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirb ki, Əhməd Çiygöz "kütləvi iğtişaşın təşkili" maddəsi ilə tutulub.

Qeyd edək ki, sədr müavini yanvarın 29-da həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi