Kremlin sözçüsü: Ağ Evin sanksiyalarına adekvat cavab veriləcək

Kremlin sözçüsü: Ağ Evin sanksiyalarına adekvat cavab veriləcək Peskov: "Hələ ki, cavabın nədən ibarət olacağını deyə bilmirəm"
Digər ölkələr
30 Dekabr , 2016 00:36
Kremlin sözçüsü: Ağ Evin sanksiyalarına adekvat cavab veriləcək

Bakı. 30 dekabr. REPORT.AZ/ Kreml Ağ evin sanksiyalarına qarşılıqlı cavab veriləcəyini bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Ağ Evə cavabının adekvat olacağını bildirib.

"Mən hələ ki, cavabın nədən ibarət olacağını deyə bilmirəm. Hərçənd, biz bilirik, burada qarşılıqlılıq prinsipi tamamilə alternativsizdir. Əlbəttə adekvat cavab veriləcək" - deyə Kremlin sözçüsü vurğulayıb.

O bununla bağlı addımların Rusiya prezidenti tərəfindən müəyyən ediləcəyini deyib.

"Vaşinqtonun belə qərarlarıyla əlaqədar yenə təəssüfümüzü ifadə edirik", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi