Kreml Donald Trampın ABŞ-ın yeni dövlət katibi seçimini şərh edib

Kreml Donald Trampın ABŞ-ın yeni dövlət katibi seçimini şərh edib Dmitri Peskov: "Biz xəyallara qapılmırıq"
Digər ölkələr
14 Dekabr , 2016 13:32
Kreml Donald Trampın ABŞ-ın yeni dövlət katibi seçimini şərh edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Rəsmi Kreml ABŞ yeni seçilmiş prezidenti Donald Trampın Reks Tillersonu ölkənin dövlət katibi vəzifəsinə namizəd kimi irəli sürməsini şərh edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın Rusiya və ABŞ arasında münasibətlərin bir göz qırpımında dəyişməyəcəyinin fərqində olduğunu və Rusiyanın xəyallara qapılmadığını bildirib.

Xatırladaq ki, D.Tramp dövlət katibi vəzifəsinə ölkənin ən böyük neft şirkəti olan "Exxon Mobil"in rəhbəri R.Tillersonun namizədliyini irəli sürüb.

R.Tillerson isə Moskva ilə daha sıx münasibətlərin tərəfdarı kimi tanınır. O, hətta 2012-ci ildə Rusiya prezidentindən "Dostluq" ordeni alıb.

Son xəbərlər

Orphus sistemi