Kraliça II Elizabetin qız nəvəsi iş adamı ilə ailə qurub

Kraliça II Elizabetin qız nəvəsi iş adamı ilə ailə qurub Bakı. 12 oktyabr. REPORT.AZ/ Böyük Britaniya kraliçası II Elizabetin qız nəvəsi, 28 yaşlı York şahzadəsi Eugeni çoxdandır yaxın olduğu 31 yaşlı şərab taciri Cek Bruksbankla ailə qurub.
Digər ölkələr
12 Oktyabr , 2018 16:48
Kraliça II Elizabetin qız nəvəsi iş adamı ilə ailə qurub
PA
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Böyük Britaniya kraliçası II Elizabetin qız nəvəsi, 28 yaşlı York şahzadəsi Eugeni çoxdandır yaxın olduğu 31 yaşlı şərab taciri Cek Bruksbankla ailə qurub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, nikah mərasimi Vindsor qəsrində keçirilib.

Britaniya taxt-tacının vərəsəlik növbəsində doqquzuncu olan Eugeni indiki kraliçanın ortancıl oğlu şahzadə Endrü ilə York hersoqları nəslinin təmsilçisi Sara Fergüsonun (hazırda nikahda deyillər) kiçik qızlarıdır. Gənclər hələ 2011-ci ildə İsveçrənin Verbye qış kurortunda tanış olublar.

Qeyd edək ki, bu il mayın 19-da həmin tarixi məkanda kraliçanın nəvəsi şahzadə Harri ilə amerikalı aktrisa və model Meqan Marklın da nikah mərasimi keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi