Kraliça ABŞ prezidentini Vindzor sarayına dəvət edib

Kraliça ABŞ prezidentini Vindzor sarayına dəvət edib Böyük Britaniya kraliçası II Elizaveta ABŞ prezidenti Cozef Baydeni və xanımı Cili Vindzor sarayına dəvət edib.
Digər ölkələr
3 İyun , 2021 16:12
Kraliça ABŞ prezidentini Vindzor sarayına dəvət edib
Böyük Britaniya kraliçası II Elizaveta

Böyük Britaniya kraliçası II Elizaveta ABŞ prezidenti Cozef Baydeni və xanımı Cili Vindzor sarayına dəvət edib.

“Report” xəbər verir ki, məlumatı Bukingem sarayının mətbuat xidməti yayıb.

Görüş iyunun 13-də Cozef Baydenin “Böyük-7"liyin (“G-7”) Britaniyada keçiriləcək sammiti çərçivəsində baş tutacaq. Bu həm də ABŞ prezidentinin ilk xarici rəsmi səfəri olacaq. Keçmiş prezident Donlad Tramp isə kraliça ilə 2019-cu ilin iyununda Londona işgüzar səfəri zamanı görüşüb.

Məlumata görə, Cozef Bayden iyunun 11-14-də Avropa turnesi zamanı Belçika və Böyük Britaniyaya səfər edəcək. Bir müddət əvvəl II Elizabetin ABŞ prezidentinə andiçmədən əvvəl xüsusi məktub göndərdiyi barədə informasiya yayılmışdı.

Son xəbərlər

Orphus sistemi