Kotdivuarda 23 nəfər yol qəzasında ölüb

Kotdivuarda 23 nəfər yol qəzasında ölüb Kotdivuarın paytaxtı Yamusukro şəhərindən 100 kilometr şimalda yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində ən azı 23 nəfər ölüb, 34 nəfər yaralanıb.
Digər ölkələr
16 İyul , 2021 07:14
Kotdivuarda 23 nəfər yol qəzasında ölüb

Kotdivuarın paytaxtı Yamusukro şəhərindən 100 kilometr şimalda yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində ən azı 23 nəfər ölüb, 34 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Fraternite Matin” nəşri məlumat yayıb.

Xəsarət alanların 16-sı xəstəxanaya aparılıb. Onlardan beşi uşaqdır. Üç nəfər isə komaya düşüb.

Hadisəyə səbəb mikroavtobusun təkərlərindən birinin partlaması olub.

Son xəbərlər

Orphus sistemi