Kot-d'İvuarın qərbində iki marşrut taksisinin toqquşması nəticəsində azı 26 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, daha 28 nəfər yaralanıb.
Kot-d'İvuar KİV-i qəzanın avtomobillərdən birinin təkərinin partlaması nəticəsində baş verdiyini qeyd edir. Toqquşma nəticəsində yanğın başlayıb və bu, taksidə olan insanların ölümünə əsas səbəb olub.